Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub
sosial

Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub

06-01-2025 18:00 68 Views
IMG

Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümumilikdə zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub.

 

Bu barədə Report-a Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin müddətdə Naxçıvan şəhərində 18, muxtar respublikanın rayonlarında 20, ümumilikdə, 38 nəfərdə zəhərlənmə səbəbi ilə müraciət daxil olub.

 

Müraciət edənlər əsasən dəm qazı və qidadan zəhərlənənlər olub.