Çin Tibet Muxtar Bölgəsində dünyanın ən böyük hidroelektrik layihəsini inşa etməyə hazırlaşır.
Tvit.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
İldə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən bənd, hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Hubei əyalətindəki üç Vadi bəndindən üç dəfə çox quraşdırılmış gücə sahib olacaq.
Tikintisinin 1 trilyon yuana (təxminən 137 milyard dollar) başa gəldiyi təxmin edilən bəndin dünyanın indiyədək ən bahalı infrastruktur layihəsi olacağı gözlənilir.
Elmin Alışov