Rusiya Hərbi Dəniz Qüvvələri 2025-ci ildə Layihə 23550 (“Arktika” kodu) üzrə ilk buz sinifli “İvan Papanin” patrul gəmisini alacaq.
Tvit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Hazırda 2019-cu ilin oktyabrında istifadəyə verilmiş “İvan Papanin” seriyasının ilk patrul buzqıran gəmisində bir sıra sınaqlar tamamlanır. Onun Rusiya Hərbi Dəniz Qüvvələri sıralarına verilməsi 2025-ci ilə planlaşdırılır”, - deyə idarədən bildirilib.
"İvan Papanin" döyüş buzqıran gəmisi qalınlığı 1,7 metrə qədər olan buzları qıraraq istənilən dəniz zonalarında işləyə bilər. Layihə 23550 gəmiləri buzqıran, yedək gəmisi, yanğınsöndürmə gəmisi və döyüş gəmisinin tapşırıqlarını yerinə yetirməyə qadirdir. Buzqıran gəmi 76 mm kalibrli AK-176MA artilleriya qurğusu ilə silahlanıb.
Aysel Şirinova