Rusiya İkinci Dünya Müharibəsi müttəfiqlərini gələn il keçiriləcək Qələbə Günü paradına dəvət edəcək.
Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "TASS"a bildirib. O qeyd edib ki, Rusiya 9 may 2025-ci ildə Moskvada keçiriləcək Qələbənin 80 illik yubileyinə İkinci Dünya Müharibəsi üzrə digər müttəfiqlərin nümayəndələrini dəvət etməyi planlaşdırır.
Zaxarova bu barədə cümə axşamı Rusiya prezidenti Vladimir Putinin mövzu ilə bağlı bəyanatından sonra bildirib:
"Hər il 9 May hadisələrində anti-Hitler koalisiyasına daxil olan ölkələrin nümayəndələri, o cümlədən veteranlar, tanınmış siyasi və ictimai xadimlər iştirak edirlər. Qələbənin 80 illiyi ili gələndə də belə olacaq. Məsələnin rəsmiləşdirilməsinə, o cümlədən konkret şəxslərin siyahısına gəlincə, bu məsələlər Xarici İşlər Nazirliyi tərəfindən prezident administrasiyası ilə razılaşdırılaraq hazırlanır. Tədbirə hazırlıq davam etdikcə sizi məlumatlandıracağıq".
Aysel Şirinova