NATO-nun baş katibi Mark Rutte Litvanı alyansın lideri adlandıraraq, onu blokun digər ölkələrinə nümunə kimi qoyub.
TASS xəbər verir ki, o, bunu Brüsseldə Litva prezidenti Gitanas Nauseda ilə görüşdən sonra bildirib.
"Biz müdafiə xərcləri haqqında danışarkən Litva liderlər sırasındadır. Siz bunun üçün ÜDM-in 3 faizini ayırırsınız. Yaxın gələcəkdə bu cür xərclər ÜDM-in 3,5 faizinə qədər artırılacaq. Bu, SIZIN NATO-nun kollektiv təhlükəsizliyinə sadiqliyinizi nümayiş etdirir", - deyə o qeyd edib.