İlon Mask və onun SpaceX şirkəti milli təhlükəsizliyin qorunmasına yönəlmiş qaydalara uyğunluq üçün ən azı üç federal araşdırma ilə üzləşiblər.
Bu barədə mənbələrə və şirkətin daxili sənədlərinə istinadən “The New York Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, yoxlamalar ABŞ Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavininin təşəbbüsü ilə keçirilib.
Qəzet qeyd edir ki, araşdırmalar milli təhlükəsizlik məsələlərini tənzimləyən federal hesabat tələblərinin mümkün pozulması ilə bağlıdır.