Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarda hakimiyyətə gəlməsindən sonra münaqişənin dayandırılması üçün səylərin güclənəcəyini bildirib.
Onun sözlərini RBC-Ukrayna yayıb.
“Prezident Trampın andiçmə mərasimindən sonra müharibəni dayandırmaq üçün səylər artacaq. Və bizim hamımız Avropada sadəcə fasiləyə, sadəcə olaraq hərbi əməliyyatlarda fasiləyə, müvəqqəti və ya qeyri-müəyyən bir şeyə ehtiyacımız yoxdur”, - deyə Ukrayna lideri bildirib. Zelenski vurğulayıb ki, Kiyevə “əsl sülh” lazımdır