Bakının Qaradağ rayonunda 15 yaşlı qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Fatimə Faiq qızı Alıyeva yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.