Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avropa Birliyi ölkələri Gürcüstana qarşı sanksiya tətbiq edilməsi barədə razılığa gəlmədi
dünya

Avropa Birliyi ölkələri Gürcüstana qarşı sanksiya tətbiq edilməsi barədə razılığa gəlmədi

16-12-2024 21:00 91 Views
IMG

Avropa Birliyi ölkələri Gürcüstana qarşı şəxsi sanksiyaların tətbiq edilməsi barədə razılığa gələ bilməyiblər.

 Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Kaja Kallas Avropa Birliyi xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Sanksiyalar tətbiq etmək üçün, əfsuslar olsun ki, bizə birlik lazımdır. Hələ ki, bu birlik yoxdur. O, Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların Macarıstan və Slovakiya tərəfindən bloklandığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr də "Gürcü arzusu" partiyasına qarşı sanksiyalara qarşı çıxış etdi", - deyə  bildirib.

Aysel