Bəşər Əsəd ölkədən qaçdıqdan sonra verdiyi ilk açıqlamada münaqişələr zamanı Rusiya bazasına sığındığını və Moskvanın göstərişi ilə oradan aparıldığını iddia edib.
Tvit.az xəbər verir ki, bu barədə Bəşər Əsəd devrilmiş Baas rejiminin rəsmi sosial media hesabından açıqlama verib.
Təhlükəsizlik səbəbindən açıqlama verməsinin vaxt aldığını iddia edən Əsəd Suriyadan qaçmasının planlaşdırılmadığını və dekabrın 8-i səhərə qədər Dəməşqdə qalaraq vəzifəsini davam etdirdiyini iddia edib.
Əsəd müxaliflərin Dəməşqə çatdığı zaman Rusiya ilə koordinasiyalı şəkildə toqquşmaları idarə etmək üçün Latakiyaya getdiyini, Hmeymim Hava Bazasına gəldikdə isə rejim qüvvələrinin hərbi mövqelərini itirdiyi məlum olub.
Elmin Alışov