Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial İzmirdə Qərbi Azərbaycan İcmasının Türkiyədəki nümayəndəliyi açılıb
sosial

İzmirdə Qərbi Azərbaycan İcmasının Türkiyədəki nümayəndəliyi açılıb

12-12-2024 21:00 16 Views
IMG

Ermənistan sərhədləri daxilində Qərbi Azərbaycan bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün yaradılan Qərbi Azərbaycan İcmasının Türkiyədəki ilk ofisi İzmirdə fəaliyyətə başlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

 

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və çoxsaylı qonaqların iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə xatirəsi ehtiramla yad edilib.

 

Açılış nitqi ilə çıxış edən səfir bölgədə yaşayan Azərbaycan türklərinin sistemli şəkildə köçə məcbur edildiyini vurğulayıb.

 

Qərbi Azərbaycan İcmasının Azərbaycan türklərinin hüquqlarını qorumaq üçün yaradıldığını bildirən Məmmədov, ermənilərin Qarabağda yaşamaq hüququ olduğu kimi, Azərbaycan türklərinin də Qərbi Azərbaycan bölgəsində yaşamaq və öz mülklərinə sahib olmaq hüququnun olduğunu bildirib.

 

Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəsi Asif Qurban Türkiyədə Qərbi Azərbaycan bölgəsindən sürgün edilmiş 5-6 milyon insanın olduğunu qeyd edib.