Avstriyanın "OMV" enerji şirkəti "Qazprom Eksport"la təbii qazın tədarükü üzrə uzunmüddətli müqavilənin dayandırıldığını elan edib.
Bu barədə "Rİa Novosti" xəbər verir.
OMV bu qərarın Rusiya şirkəti tərəfindən müqavilə öhdəliklərinin çoxsaylı əhəmiyyətli şəkildə pozulması ilə əlaqədar olduğunu açıqlayıb. Qeyd olunur ki, müqavilənin ləğvi bəyanatın dərc olunması anından qüvvəyə minib.