Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Azərbaycanda qanunsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlanıb
sosial

Azərbaycanda qanunsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlanıb

11-12-2024 16:00 26 Views
IMG

Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev  İTV-nin efirində saxta plastik cərrahlarla bağlı açıqlamasında deyib.

O qeyd edib ki, diplomsuz plastik cərrahlarla bağlı Prokurorluq araşdırmalara başlayıb:

"Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraiti aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin, qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib.

Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir".