İspaniyada Madrid-Əndəlüs marşrutu üzrə hərəkət edən iki yüksək sürətli sərnişin qatarı toqquşub.
Tvit.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.
Qəzanın Madriddən Sevilyaya gedən Renfe şirkətinin idarə etdiyi yüksək sürətli qatarla əks istiqamətdə hərəkət edən İryo şirkətinin idarə etdiyi başqa bir yüksək sürətli qatarın toqquşması nəticəsində baş verdiyi ehtimal olunur.
Elmin Alışov