Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rumıniya XİN Rusiya səfirini silah zavodunda təxribat cəhdinə görə çağırıb
dünya

Rumıniya XİN Rusiya səfirini silah zavodunda təxribat cəhdinə görə çağırıb

27-10-2026 19:00 29 Views
IMG

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 14-də ölkənin Braşov şəhərində yerləşən Carfil silah zavodunda təxribat cəhdi ilə əlaqədar Rusiyanın Rumıniyadakı səfirini çağırıb.

 

Tvit.az xəbər verir ki bu barədə xarici media məlmat yayıb.

 

 Rumıniyanın xarici işlər naziri Nikuşor Nekuləeskunun sözlərinə görə, Rusiyanın bu hadisəyə aidiyyətini təsdiqləyən sübutlar mövcuddur. O, baş verənləri “qəbuledilməz hibrid hücum” adlandırıb.

Nazir X hesabında paylaşım edərək, həmçinin Rusiyanın Qara dənizdə ticarət gəmilərinə qarşı sistematik zərbələrini pislədiklərini bildirib.

Onun sözlərinə görə, bu addımlar beynəlxalq hüquq normalarını və gəmiçilik azadlığını pozan, qlobal nəticələrə səbəb olan məqsədyönlü eskalasiyadır.

 

 

Aysel