Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumətin başçısı Məhəmməd Əl-Bəşir olub.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni baş nazir Əl-Bəşir və kabineti regionda keçid prosesinə doğru kritik addımlar atmaq üçün vəzifəyə başlayacaq.Mühəndislik və hüquq sahəsində təcrübəsi ilə tanınan Məhəmməd Əl-Bəşirin rəhbərliyi altında formalaşacaq yeni kabinet Suriyanın yenidən qurulması və sabitləşməsi üçün mühüm məsuliyyətləri üzərinə götürəcək.
Məhəmməd Əl-Bəşir 1983-cü ildə İdlibin Cəbəl Əl-Zaviyə bölgəsində anadan olub. 2007-ci ildə Hələb Universitetinin Elektrik və Elektronika Mühəndisliyi, Rabitə fakültəsini bitirib.
Əl-Bəşir həm də HTŞ-nin İdlibdə qurduğu Qurtuluş Hökumətinin başçısı idi. Bu yaxınlarda Qətər mərkəzli Əl-Cəzirə kanalına danışan Əl-Bəşir əməliyyatın əvvəlində ələ keçirdikləri Hələbdə etdiklərini açıqlayıb.
Aysel Şirinova