"Bakıda mümkün qədər yaxşı nəticə əldə etmək üçün mübarizə aparacağıq".
Tvit.az xəbər verir ki, bunu "Red Bull" komandasının pilotu İsak Hacar Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi öncəsi mətbuat konfransında deyib.
Fransalı pilot uzun fasilədən sonra yenidən yarışa çıxacağı üçün həyəcanlı olduğunu bildirib.
"Sonuncu dəfə Budapeştdə bolidin sükanı arxasında olmuşdum. Yenidən sükan arxasına qayıtmaq xoşdur. İndi özümü yaxşı hiss edirəm və yarış üçün həyəcanlıyam. Biləyimin vəziyyəti də avtomobil idarə etməyə imkan verəcək qədər yaxşıdır. Mənim üçün ən vacib məqam məhz budur".
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.