Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar
sport

Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar

22-09-2026 13:00 21 Views
IMG

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubunun futbolçuları Rafinya və Lamin Yamal cütlüyü məhsuldarlıq baxımından komandanın XXI əsrdə La Liqadakı ilk 7 turunda ən yüksək göstəricisinə imza atıblar.

 

Tvit.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı və ispaniyalı hücumçular çempionatda geridə qalan 7 matçda ümumilikdə 26 qolda iştirak ediblər.

 

Rafinya hesabına 12 qol və 3 məhsuldar ötürmə yazdırıb. Lamin Yamal isə 7 dəfə fərqlənib və 4 məhsuldar ötürmə müəllifi olub. La Liqada bu göstəriciyə görə onlara ən yaxın cütlük "Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellinqemdir (10 qol, 4 məhsuldar ötürmə).

 

Kataloniya klubunun ön xətt oyunçuları hər matçda ortalama 3,71 qolda iştirak etməklə təkcə İspaniyada deyil, qitənin 5 böyük liqasında da birincidirlər. Onlar hər matçda orta hesabla 2 qolda iştirak edən "Real"dan K.Mbappe - C. Bellinqem, "Çelsi"dən (İngiltərə) Joao Pedro - Morqan Rocers, "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann - Rayan Şerki və "Roma"dan (italiya) Doni Malen - Paulo Dibala tandemini böyük fərqlə üstələyiblər.

 

Qeyd edək ki, daha əvvəl İspaniya təmsilçisində Lionel Messi və Sesk Fabreqas (2011/2012 mövsümü) 23, Messi və Neymar (2014/2015 mövsümü) 21, Messi və Zlatan İbrahimoviç (2009/2010 mövsümü) 20, Messi və Pedro (2013/2014 mövsümü) tandemləri 18 qolda pay sahibi olmuşdular.