Ankarada FETÖ/PDY silahlı terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyatda 4 şübhəli saxlanılıb.
Tvit.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun təşkilatın mövcud strukturu ilə bağlı apardığı istintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatı (MİT) və Ankara Emniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsi birgə əməliyyat keçirib.
Məlumata görə, hüquq-mühafizə orqanları təşkilatın evlərində gizlənənlərə şərait yaradaraq köməklik göstərən 4 nəfərin kimliyini müəyyən edib.
Barələrində həbs qərarı çıxarılan şübhəlilərin saxlanılması üçün müəyyən edilmiş ünvanlara eyni vaxtda basqınlar təşkil olunub. Əməliyyat zamanı hər 4 şübhəli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysel Şirinova