Rusiyanın Ukraynada 2022-ci ilin fevralından bəri verdiyi ümumi itkilərin, o cümlədən yaralıların sayı, təxminən 1,5 milyon hərbçi təşkil edir.
Tvit.az xəbər verir ki, bu barədə Britaniyanın Baş Qərargah rəisi Nayton bildirib.
Onun sözlərinə görə, itkilərin böyük əksəriyyəti 2023-cü ilin yanvarından sonra baş verib. Bunun müqabilində isə Rusiya Ukrayna ərazisinin cəmi 2%-ni ələ keçirə bilib.
Aysel Şirinova