Rusiya cəzaçəkmə müəssisələrində 25 min xarici ölkə vətəndaşı saxlanılır.
Tvit.az xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb.
Məlumata əsasən, cəza çəkən əcnəbilər arasında 16 ABŞ vətəndaşı var. Amerikalı məhkumların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinsi təcavüz, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə və zorakılıq əməllərinə görə azadlıqdan məhrum ediliblər.
Digərləri barədə açıqlama verilməyib.
Aysel Şirinova