Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü
turizm

Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü

11-09-2026 13:00 13 Views
IMG

Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin ərazisində qeydə alınıb.


Rayon sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədov ərazidə yerləşən transformatorda ehtiyatsız davranıb və onu yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

 

Məlumata görə, Davud Məmmədov "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Hacıqabul rayonun ərazisindəki elektrik müəssisəsinin rəis müavini imiş.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.