Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Baş hakim: “Düşmən” iranlılar arasında parçalanmadan istifadə etməyə çalışır.
dünya

Baş hakim: “Düşmən” iranlılar arasında parçalanmadan istifadə etməyə çalışır.

10-09-2026 20:00 9 Views
IMG

İranın baş hakimi Qulam Hüseyn Möhsüni-Ejei ABŞ-İsrail müharibəsinin başlamasından sonra hökumətyönlü mitinqlərdə iştirak edən natiqlər, fəallar və digər şəxslərlə görüş keçirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı Möhsüni-Ejei paytaxt Tehranda hökuməti dəstəkləmək məqsədilə keçirilən aksiyalarda iştirak edən izdihamı yüksək qiymətləndirib və onları “düşmən üçün ümidsizlik mənbəyi” adlandırıb.

 

O bildirib ki, küçələrdə milyonlarla insanın iştirakı ilə keçirilən aksiyalar “təcavüzkar düşmənlərin sərt və yumşaq planlarını zərərsizləşdirib”, həmçinin hərbçilər və silahlı qüvvələr üçün ruh yüksəkliyi yaradıb.

 

Möhsüni-Ejei həmçinin xəbərdarlıq edib ki, “düşmən” iranlılar arasında parçalanmadan istifadə etməyə çalışır.

 

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün iranlılar səhv edən şəxslərlə pis niyyətli şəxsləri bir-birindən fərqləndirməlidirlər.

 

Baş hakim əlavə edib ki, hər kəs, o cümlədən razılaşmadığı qanunlarla bağlı da olsa, qanunun tələblərinə əməl etməlidir.

 

Aysel Şirinova