Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Şəhər və kəndlərdə nikahdankənar doğulan uşaqların sayı açıqlandı
iqtisadiyyat

Şəhər və kəndlərdə nikahdankənar doğulan uşaqların sayı açıqlandı

10-09-2026 18:00 9 Views
IMG

Ötən il ölkə üzrə nikahdankənar doğulan uşaqların 8 499-u 15-29 yaş aralığında olan qadınların övladları olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin demoqrafik göstəricilərlə bağlı illik hesabatında məlumat verilib.

Hesabata əsasən, ötən il ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 11 626 uşaq dünyaya gətirilib.

"Onlardan 4 999-u şəhər, 7 027-si isə kənd yerlərində doğulub. Bakıda 2025-ci ildə nikahdankənar doğulan uşaqların sayı 1 258 nəfər təşkil edib.

Qeyd edək ki, son illərdə nikahdankənar doğulan uşaqların sayında azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 13 228, 2023-cü ildə 15 622, 2022-ci ildə isə 18 814 belə uşaq doğulub.

Beləliklə, 2022-ci illə müqayisədə 2025-ci ildə nikahdankənar doğulan uşaqların sayı 7 188 nəfər azalıb", - deyə məlumatda bildirilir.