Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sabah"ın "Mançester Yunayted"ə qarşı oyunu hansı kanalda yayımlanacaq?
sport

"Sabah"ın "Mançester Yunayted"ə qarşı oyunu hansı kanalda yayımlanacaq?

10-09-2026 12:00 19 Views
IMG

Bu axşam UEFA Çempionlar Liqasının liqa mərhələsində birinci turun son oyunları keçiriləcək.

Tvit.az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində "Mançester Yunayted" klubu İngiltərədə təmsilçimiz "Sabah"ı qəbul edəcək.

Azərbaycanda azarkeşlər "Mançester Yunayted" - "Sabah" oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər.

Gecənin digər maraqlı qarşılaşmalarında "Fənərbağça" İstanbulda İtaliyanın "Roma" klubu ilə, "Bavariya" isə Almaniyada Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.

Azarkeşlər "Fənərbağça" - "Roma" oyununu Bakı vaxtı ilə saat 20:45-də, "Bavariya" - "Budyo Qlimt" qarşılaşmasını isə saat 23:00-da "CBC Sport" TV-də izləyə biləcəklər.

 

UEFA Çempionlar Liqası

I tur

10 sentyabr

20:45, "Fənərbağça" - "Roma" ("CBC Sport" TV);

23:00, "Mançester Yunayted" - "Sabah" (İctimai TV);

23:00, "Bavariya" - "Budyo Qlimt" ("CBC Sport" TV).