Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Ukrayna klubu Azərbaycan millisinin hücumçusunu heyətinə qatdı
sport

Ukrayna klubu Azərbaycan millisinin hücumçusunu heyətinə qatdı

10-09-2026 11:00 18 Views
IMG

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.

 

Tvit.az xəbər verir ki, "Bukovina" klubu 27 yaşlı forvardın transferini açıqlayıb.

 

Ukrayna təmsilçisinin məlumatına görə, Dadaşovla "1+1" illik müqavilə imzalanıb. Milli üzvü yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

 

Xatırladaq ki, Renat Dadaşov daha əvvəl Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra" və "Tondela", İsveçrənin "Qrasşhopper", İngiltərənin "Vulverhempton", Türkiyənin "Hatayspor" və "Ankaragücü" klublarında çıxış edib.

 

Qeyd edək ki, hücumçu 2025/2026 mövsümünü Polşanın "Motor" klubunda keçirib. Almaniyanın U-16 və U-17 yığmalarında da forma geyinən Dadaşov 2017-ci ildən Azərbaycan millisində çıxış edir. O, yığmada keçirdiyi 45 oyunda 7 qola imza atıb.