Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Renat Dadaşovun yeni klubu bəlli oldu
sport

Renat Dadaşovun yeni klubu bəlli oldu

04-09-2026 14:00 23 Views
IMG

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.

 

Tvit.az AZƏRTAC-a istinadla xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə anlaşıb.

 

Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.

 

Qeyd edək, “Bukovina” bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.