Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı
sport

“Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27-08-2026 19:00 15 Views
IMG

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

 

Tvit.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

 

Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.