Bu gün Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al-Tani Tehrana səfər edib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Al-Tani İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb. Görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilib.
Elmin Alışov