"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq.
Tvit.az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
27 avqust
Saat 20:00, "Qarabağ" - "Tvente" (ilk oyun - 1:0)