Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani cümə axşamı Tehrana səfər edəcək.
Tvit.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Əl-Tani səfər çərçivəsində bir sıra İran rəsmiləri ilə görüşəcək. Görüşlərdə gərginliyin azaldılması və dialoq üçün əlverişli şəraitin yaradılması yolları müzakirə olunacaq.
Sözçü bildirib ki, səfər Qətərin fikir ayrılıqlarının həlli, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunması üçün diplomatik yolun ən effektiv vasitə olduğuna dair mövqeyinə uyğundur.
Danışıqlar zamanı Hörmüz boğazında naviqasiya azadlığı və boğazda vəziyyətin fevralın 28-dən əvvəlki status-kvoya qaytarılması məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Aysel Şirinova