Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Trampın danışıqları məhdudlaşdırması Körfəz ölkələrini münaqişənin uzanacağından narahat edir
dünya

Trampın danışıqları məhdudlaşdırması Körfəz ölkələrini münaqişənin uzanacağından narahat edir

26-08-2026 21:00 7 Views
IMG

Qatar Universitetinin beynəlxalq əlaqələr üzrə dosenti Abdulla Bəndar Əl-Ətaibinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibə məsələsində üstünlüyün öz tərəfində olduğunu nümayiş etdirməyə və Tehran kimi strateji səbr nümayiş etdirdiyini göstərməyə çalışır.

 

Tvit.az xəbər verir ki, Əl-Ətaibi bildirib ki, bu yanaşma region ölkələrində müharibənin yaxın vaxtlarda başa çatmayacağı ilə bağlı narahatlıq yaradır.

 

Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Vaşinqtonun eskalasiyaya getdiyini göstərir. Bununla belə, bu addım ABŞ-ın malik olduğu iqtisadi və digər potensialın yalnız ilk mərhələsi kimi qiymətləndirilə bilər.

 

Əl-Ətaibi qeyd edib ki, ABŞ-ın İranı iqtisadi cəhətdən təcrid etmək məqsədilə “Economic Outcast” (“İqtisadi Kənarlaşdırma”) əməliyyatına başlamasına baxmayaraq, Tehrana region ölkələrinin yüksək səviyyəli səfərləri diplomatiya üçün yeni imkanlar yaradır.

 

Aysel Şirinova