Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Biləsuvarın bir hissəsi QAZSIZ QALACAQ
sosial

Biləsuvarın bir hissəsi QAZSIZ QALACAQ

26-08-2026 16:00 7 Views
IMG

Biləsuvar rayonunun 6 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatı dayandırılacaq.