Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq
sosial

Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq

26-08-2026 10:00 15 Views
IMG

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə Tvit.az Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.

 

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanədək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.