İranın xarici işlər naziri Abbas Əraqçi və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani telefon danışığı keçiriblər.
Tvit.az xəbər verir ki, tərəflər regionda baş verən son hadisələri müzakirə edib və gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin regional məsələlər üzrə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.