Ermənistan hazırda heç vaxt olmadığı qədər Avropa İttifaqına (Aİ) yaxın vəziyyətdədir.
Tvit.az bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Lammert bildirib.
O, bu sözləri Baş nazir Nikol Paşinyanın yaxın zamanda Aİ-yə üzvlük üçün müraciət prosesinə başlamağın mümkünlüyü ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Lammert Aİ-Ermənistan tarixində ilk sammitin keçirilməsini, həmçinin iqtisadiyyat, təhlükəsizlik və Avropaya inteqrasiya sahələrində əməkdaşlığı qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, Aİ-yə üzvlük müəyyən meyarların yerinə yetirilməsinə əsaslanan uzunmüddətli prosesdir və bu proses rəsmi müraciətin təqdim edilməsi ilə başlayır.
Aysel