Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 gümüş medal qazandı
sport

Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 gümüş medal qazandı

25-08-2026 18:00 8 Views
IMG

Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb.

"Tvit.az" xəbər verir ki, 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala yiyələnib.

Toplamda 272 kq nəticə göstərən F.Allahverdiyev iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib.

Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc, ümumilikdə 15 medalla başa vurub.