Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran ABŞ-ın yeni sanksiyalarına qarşı müqaviməti davam etdirir
dünya

İran ABŞ-ın yeni sanksiyalarına qarşı müqaviməti davam etdirir

24-08-2026 23:00 10 Views
IMG

İranda yüksək inflyasiya, qiymət artımı və milli valyutanın kəskin ucuzlaşması fonunda ABŞ-ın yeni sanksiyalarının ölkə iqtisadiyyatına təsiri ilə bağlı narahatlıqlar artır.

 

Tvit.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”də müəllif məqaləsi dərc olunub.

 

Məqalədə qeyd olunur ki, İranda əhalinin və siyasi dairələrin yeni sanksiya mərhələsi ilə bağlı narahatlığı artır. Buna yüksək inflyasiya, qiymət artımı və yerli valyutanın xarici valyutalar qarşısında rekord həddə ucuzlaşması səbəb olub.

 

ABŞ-la danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Baqir Qalibaf sosial media hesablarında ABŞ rəsmilərinin açıqlamalarını tənqid edib. O, bildirib ki, “amerikalılar heç kimin onların cəfəngiyyatına inanmayacağını bilirlər”.

 

Qalibafın sözlərinə görə, ABŞ digər ölkələrlə İran arasındakı iqtisadi əlaqələri məhdudlaşdırmaq imkanına malik deyil. O, İranın ticarət tərəfdaşlarının da ABŞ rəsmilərinin açıqlamalarını ciddi qəbul etmədiyini bildirib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə yeni sanksiyaları ABŞ-ın İrana qarşı “maksimum təzyiq” siyasətinin davamı kimi qiymətləndirib. Onun sözlərinə görə, Tehran bu təzyiqlərə müqavimət göstərməkdə davam edəcək.

 

Məqalədə vurğulanır ki, İran əhalisi uzun illərdir müxtəlif sanksiyalarla üzləşir. Bununla belə, ölkə daxilində iqtisadi vəziyyətin pisləşməsi, inflyasiyanın və qiymətlərin artması əhalinin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir.

 

Aysel Şirinova