İşğaldan azad edilmiş Kəlbəcər şəhərində fəaliyyətə başlayan ilk təhsil müəssisəsinin məzunu ali məktəbə qəbul olunub.
"Tvit.az" xəbər verir ki, Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub.