Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda bu yol bağlanır
sosial

Bakıda bu yol bağlanır

24-08-2026 17:00 7 Views
IMG

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.


Bildirilib ki, məhdudiyyət 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək və 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək tətbiq ediləcək.

 

Agentlik sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmalarını xahiş edir.