Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qızılın qiyməti may ayından bəri ilk dəfə 4700 dolları keçib
sosial

Qızılın qiyməti may ayından bəri ilk dəfə 4700 dolları keçib

24-08-2026 08:00 21 Views
IMG

"Comex" birjasında oktyabr ayında çatdırılma şərti ilə qızıl üzrə fyuçers müqaviləsinin qiyməti bir troya unsiyası üçün 4 700 dollar həddindən yuxarı qalxıb.

 

Tvit.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olur.

 

Sonuncu dəfə qiymətli metal 2026-cı ilin may ayında belə baha satılıb.

 

Bakı vaxtı ilə saat 06:10-a olan məlumata görə, qızılın kotirovkaları 0,55 % artım nümayiş etdirərək bir troya unsiyası üçün 4 706,4 dollara çatıb.


Saat 06:30-a fyuçersin dəyərinin artım tempi yüksəlib - qiymət bir troya unsiyası üçün 4 713,8 dollar təşkil edib ki, bu da 0,77 % artım deməkdir.