Dünən Bab əl-Məndəb boğazında yük gəmisinə hücum edilib.
Tvit.az xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Hadisə Yəmənin Moxa limanından təxminən 40 dəniz mili cənub-şərqdə baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yük gəmisi bir neçə naməlum mərmi ilə vurulub. Hücum zamanı gəmidə heyət üzvlərinin olmadığı açıqlanıb.
Elmin Alışov