Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibə riskini artırıb
dünya

İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibə riskini artırıb

19-08-2026 15:00 20 Views
IMG

Avqustun 18-də Suriyanın Əbu-Duhur aerodromuna endirilən hava zərbəsi İsrail ilə Türkiyə, eləcə də Suriya arasında birbaşa hərbi münaqişəyə qədər gedib çıxa biləcək kəskin eskalasiyaya səbəb ola bilərdi.

 

Tvit.az xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak I24 telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, hava zərbəsi “vəziyyətin sürətlə eskalasiya edərək İsrail ilə Türkiyə, eləcə də Suriya arasında birbaşa hərbi münaqişəyə çevrilməsi üçün real risk yaradırdı”.

 

“Türkiyə qoşunları İsrail təyyarələrinin məhz bu Suriya bazasına doğru getdiyini bilmirdilər və onların məqsədindən xəbərsiz idilər. Buna görə də özlərinin hücuma məruz qaldığını düşünərək qırıcı təyyarələrini havaya qaldıra bilərdilər”, – deyə Barrak izah edib.

 

Aysel