Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Husilərin Səudiyyə Ərəbistanında Aramco obyektinə hücumu ilə bağlı yeni detallar açıqlanıb
dünya

Husilərin Səudiyyə Ərəbistanında Aramco obyektinə hücumu ilə bağlı yeni detallar açıqlanıb

14-08-2026 22:00 25 Views
IMG

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Nəcran şəhərində Aramco obyektinə hücum etdiklərini açıqlayıblar.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Husilərə bağlı SABA xəbər agentliyinə danışan hərbi mənbənin sözlərinə görə, hücum Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Yəmənin Saada qubernatorluğunun şimal-şərq hissəsində hava məkanını pozmasına cavab olaraq həyata keçirilib.

 

Səudiyyə Ərəbistanı hakimiyyəti və ya Saudi Aramco hadisə ilə bağlı hələlik açıqlama verməyib. Hücum nəticəsində Aramco obyektinə zərər dəyib-dəymədiyi də məlum deyil.

 

Aysel Şirinova