Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstan Rusiya ilə münasibətləri bərpa etmək niyyətində deyil - İrakli Kobaxidze
dünya

Gürcüstan Rusiya ilə münasibətləri bərpa etmək niyyətində deyil - İrakli Kobaxidze

11-08-2026 17:00 47 Views
IMG

Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyana qədər Gürcüstan Rusiya ilə tam diplomatik münasibətləri bərpa etmək niyyətində deyil.

 

Tvit.az xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazir İrakli Kobaxidze bildirib.

 

“Rusiyanın Abxaziya və Cənubi Osetiyanı sözdə tanıması fakt olana qədər diplomatik münasibətlər mütləq bərpa olunmayacaq. Rusiya Federasiyası ilə bağlı məqsədimiz münaqişənin sülh yolu ilə həllidir”, - deyə o bildirib və əlavə edib ki, vəziyyətin sülh yolu ilə həlli Gürcüstanın xarici siyasət prioritetlərindən biridir.

 

 

2 sentyabr 2008-ci ildə Tbilisi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığına görə Moskva ilə diplomatik münasibətləri kəsib. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya ilə konsulluq münasibətlərini davam etdirəcəyini açıqlayıb. 2009-cu ilin mart ayından etibarən Tbilisidəki İsveçrə səfirliyində Rusiya diplomatik və texniki heyətindən ibarət Rusiya Maraqları Bölməsi fəaliyyət göstərir. Moskvadakı İsveçrə səfirliyində də Gürcüstan Maraqları Bölməsi yaradılıb.

 

Aysel Şirinova