Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrail KİV-i: HƏMAS Qəzza ilə bağlı razılaşmadan çıxmaqla hədələyir
dünya

İsrail KİV-i: HƏMAS Qəzza ilə bağlı razılaşmadan çıxmaqla hədələyir

04-08-2026 22:00 15 Views
IMG

Qəzza zolağı ilə bağlı sülh planının həyata keçirilməsi üzrə danışıqların davam etdiyi bir vaxtda HƏMAS vasitəçilərə əldə olunmuş razılaşmalardan çıxmaq ehtimalını nəzərdən keçirdiyini bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, təşkilat buna səbəb kimi İsrailin anklava davam edən zərbələrini göstərib. 

 

Qeyd olunur ki, bu addım hazırkı danışıqlar üçün ciddi nəticələrə səbəb ola bilər.

Bildirilib ki İsrail rəsmiləri HƏMAS-ın bu mesajının əhəmiyyətini qiymətləndirir və mümkün fəaliyyət variantlarını nəzərdən keçirirlər. Əsas dilemma isə danışıqlarda irəliləyiş əldə etmək üçün hərbi əməliyyatları müvəqqəti dayandırmaq, yoxsa təşkilata təzyiqi artırmaq məqsədilə hava zərbələri və hədəfli əməliyyatları davam etdirməkdir.

 

Aysel