Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətər XİN və HƏMAS rəsmisi arasında telefon danışığı oldu
dünya

Qətər XİN və HƏMAS rəsmisi arasında telefon danışığı oldu

31-07-2026 21:00 17 Views
IMG

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani HƏMAS-ın Siyasi Bürosunun yeni rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığı aparıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Söhbət zamanı Qətərin xarici işlər naziri Al Tani HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrasının tamamlanmasına dair yol xəritəsini qəbul etməsini alqışlayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti razılaşma üzrə öhdəliklərini yerinə yetirməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb. Nazir bununla razılaşmaların həyata keçirilməsinin təmin olunmasının və Qəzza zolağında sülhə doğru irəliləyişin əldə edilməsinin vacibliyini vurğulayıb.

 

Aysel Şirinova