Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya və Ermənistan əlaqələri genişləndirir: Yeni proqram imzalandı
dünya

Rusiya və Ermənistan əlaqələri genişləndirir: Yeni proqram imzalandı

13-11-2026 18:00 55 Views
IMG

Rusiya və Ermənistan arasında 2027-2029-cu illəri əhatə edən mədəni əməkdaşlıq proqramı imzalanıb.


Tvit.az bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən,  sənəd Rusiya mədəniyyət naziri Olqa Lyubimova ilə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan arasında keçirilən görüşün yekununda imzalanıb.


Bildirilib ki, proqram mədəniyyət günləri, teatr qastrolları, kitabxana və muzey fəaliyyəti, təhsil və kino sahələrində birgə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

 

Aysel Şirinova