Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çin Xarici İşlər Nazirliyi: Hörmüz boğazı məsələsi düzgün həll yolu tələb edir
dünya

Çin Xarici İşlər Nazirliyi: Hörmüz boğazı məsələsi düzgün həll yolu tələb edir

03-07-2026 12:00 26 Views
IMG

Gəmilərin Hörmüz boğazından keçməsi məsələsi bütün maraqlı tərəflərin maraqlarını nəzərə alan düzgün həll yolu tələb edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun danışıb.

 

O, brifinqdə İran və Omanın bu su yolundan keçid üçün rüsum tətbiq etməsi ehtimalını şərh edərkən vurğulayıb: "Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün istifadə olunur. Bu boğazda təhlükəsiz və sərbəst naviqasiyanın mümkün qədər tez bərpa edilməsi bütün tərəflərin maraqlarına uyğundur. Bu məsələ müvafiq şəkildə həll edilməlidir".

 

 Guo Jiakun qeyd edib ki, Çin bu məsələ ilə bağlı maraqlı ölkələrlə dialoq aparmağa hazırdır.

 

Aysel Şirinova