Fransanın cənubundakı Herault şəhərində başlayan və qonşu Ode əyalətinə yayılan meşə yanğını təxminən 900 hektar ərazini külə çevirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yanğına 800 yanğınsöndürən və 150 texnika cəlb olunub. Hava şəraitinin bu gün yanğına mənfi təsir göstərməyə davam edəcəyi, küləyin günorta saatlarında saatda 60 kilometrə çatacağı proqnozlaşdırılır.
Elmin Alışov